...

Naxçıvan, Ordubad və Şahbuz şəhərlərinin baş planı hazırlanır

Cəmiyyət Materials 29 Noyabr 2023 14:14 (UTC +04:00)
Naxçıvan, Ordubad və Şahbuz şəhərlərinin baş planı hazırlanır
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası paytaxtımızın və bölgələrimizin simasını dəyişəcək, inkişafına böyük stimul olacaq.

Trend xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadiqov yerli telekanalın efirində deyib.

Məlumata görə, Naxçıvanda inşa olunan binaların funksionallığı və memarlıq işi lazımi səviyyədə olmayıb. Bu nöqsanların aradan qaldırılması məqsədilə hazırda Naxçıvan şəhərinin baş planı hazırlanır.

Qeyd edək ki, Naxçıvan şəhərinin baş planı sonuncu dəfə ötən əsrin 80-ci illərində hazırlanıb.

Bu layihə təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmır. Muxtar respublikanın turizm əhəmiyyətli Şahbuz və Ordubad şəhərlərinin də baş planı hazırlanır. Xüsusilə qədim Ordubad şəhəri bir küçə, bir ölkə prinsipi ilə qurulacaq və potensial turizm bölgəsinə çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti