Bakı. Trend:
Bakıda mənzillərdən oğurluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Puta qəsəbəsində ayrı-ayrı vaxtlarda iki evdən 2500 manat pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Cəfərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.