...

Ulu Öndər Heydər Əliyev Azərbaycanda sosial təminat məsələlərinin konseptual əsaslarını yaradan şəxsdir - Sahil Babayev

Cəmiyyət Materials 12 Dekabr 2023 12:07 (UTC +04:00)
Ulu Öndər Heydər Əliyev Azərbaycanda sosial təminat məsələlərinin konseptual əsaslarını yaradan şəxsdir - Sahil Babayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev yalnızca Azərbaycan dövlət quruculuğu ilə yox, həm də Azərbaycanın sosial siyasətinin müəyyən olunması ilə yaddaşlarda qalıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

"Ulu Öndər Azərbaycanda məşğulluq, əmək münasibətləri sosial təminat məsələlərinin konseptual əsaslarını yaradan şəxsdir.

Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərimizin yaratdığı sosial siyasət konsepsiyası davam etdirilir. Azərbaycan vətəndaşının rifahı dövlət siyasətinin əsas hissəsidir", - deyə nazir əlavə edib.

Qeyd edək ki, dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti