...

Qadını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə istintaq yekunlaşıb

Cəmiyyət Materials 25 Dekabr 2023 17:58 (UTC +04:00)
Qadını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə istintaq yekunlaşıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda metronun yaxınlığında Çinarə İsmayılovayanı bıçaqlamaqda təqsirləndirilən Yadigar Mirzəyevin cinayət işi üzrə istintaq yekunlaşıb.

Bu barədə Trend-ə Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 29-da Ağdaş rayon sakini Çinarə İsmayılovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Yadigar Mirzəyevin Bakı Metropoliteninin “İnşaatçılar” metrostansiyası yaxınlığında tanışı Çinarə İsmayılovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Yadigar Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti