...

Ağır qəzaya düşən PFL prezidentindən XƏBƏR VAR

Cəmiyyət Materials 10 Yanvar 2024 14:06 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun Türkiyədə üçüncü dəfə əməliyyatdan sonrakı vəziyyəti açıqlanıb.

Bu barədə Trend-ə PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

O bildirib ki, Elxan Səmədov yanvarın 8-də baş tutan əməliyyatı uğurlu keçib.

"Durumu get-gedə yaxşılaşır. Bəzi reabilitasiya mərhələlərindən keçirilir".

Media direktoru vitse-prezident Aslan Şahgəldiyevin müayinələrinin davam etdiyini vurğulayıb.

O, öz durumunun yaxşı olduğunu bildirib:

"Həkimlər dabanımdakı tikişi söküblər. Ayağımın birində də qırıq var idi. O da sağalmaq üzrədir. Amma bildirdilər ki, üç həftə "kastil"dən istifadə etmək lazımdır".

O, artıq iki gündür işə çıxdığını deyib.

Qeyd edək ki, dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəza baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, yol nişanına çırpılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti