...

Maskın "Neuralink" şirkəti ilk dəfə insan beyninə çip yerləşdirdi

Cəmiyyət Materials 30 Yanvar 2024 05:14 (UTC +04:00)
Maskın "Neuralink" şirkəti ilk dəfə insan beyninə çip yerləşdirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 28-də sahibkar İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink" ilk dəfə olaraq insan beyninə implant yerləşdirib.

Trend-in məlumatına görə, nu barədə İ.Mask öz "X" səhifəsində yazıb.

"İlk insan dünən "Neuralink" implantı alıb, [əməliyyatdan sonra] bərpa prosesi yaxşı keçir", - deyə o yazıb.

Qeyd olunub ki, ilk məlumatlara görə, cihazın işləmə göstəriciləri perspektivli görünür.

Sahibkar əlavə edib ki, "Neuralink"in ilk məhsulu "Telepathy" adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti