...

AMADA ilə Avstriya və Yunanıstan milli antidopinq agentlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Cəmiyyət Materials 20 Fevral 2024 23:45 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə keçiriləcək “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Avstriya və Yunanıstan Milli Antidopinq agentliklərinin rəhbərləri ölkəmizə gəliblər.

Agentlikdən Trend-ə bildirilib ki, fevralın 20-də AMADA-nın ofisində Avstriya Milli Antidopinq Agentliyinin icraçı direktoru Mixael Sepik və Yunanıstan Milli Antidopinq Agentliyinin rəhbəri Qriqorios Leon ilə görüş olub.

Qonaqları salamlayan AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışaraq, beynəlxalq antidopinq siyasətinin inkişafında birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb, təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən qonaqlar birgə əməkdaşlığın gələcəkdə qlobal antidopinq siyasətinə yeni töhfə verəcəyini, elmi araşdırmaların aparılmasına və layihələrin təşkil olunmasına yeni imkanlar açacağını bildiriblər.

Xəbər lenti

Xəbər lenti