Bakı. Trend:
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb.
Trend xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat verib.
K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib.
O bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib.