...

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Cəmiyyət Materials 23 Fevral 2024 18:08 (UTC +04:00)
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 23-ü saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Şəki, Quba, Şamaxı, Qobustan, Qax, Qrızda qar, Naxçıvan, Şərur, Ordubad, Gəncə, Ağdam, Şabran, Sabirabad, Ağsu, Salyan, Lerik, Naftalan, Neftçalada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 9, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti