...

Ramazan bayramı ilə əlaqədar 5 gün iş OLMAYACAQ

Cəmiyyət Materials 24 Fevral 2024 14:45 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Trend-in xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, bu il aprelin 10, 11-i Ramazan bayramıdır. 13 və 14 aprel şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Ramazan bayramı ilə əlaqədar 5 gün - 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günü olacaq. Şənbəyə təsadüf edən 6 aprel isə iş günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti