...

32 ildən sonra Laçında toy sədası eşidilib (FOTO)

Cəmiyyət Materials 8 Mart 2024 17:50 (UTC +04:00)
32 ildən sonra Laçında toy sədası eşidilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

32 ildən sonra ilk dəfə olaraq Laçın rayonunun Zabux kəndində toy olub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Laçında illər sonra ilk toy Zabux kəndində olub.

İki gəncin Zabux kənd sakinləri Nurlan Əlizadə və Gülnar Cəfərovanın toy mərasimi Zabux kəndində qeyd olunub. Toy mərasimi kənddə qurulmuş mağarda keçirilib.

Bu gün ailənin xoş günündə onların yanında olmaq üçün bütün kənd sakinləri bir ünvana yığışıb. Toy məclisində gənclərin ailə üzvləri, qohum əqrabaları, kənd sakinləri ilə bərabər Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə Xüsusi Nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak edib.

Toy mərasimindən öncə Dövlət Himni səsləndirilib, ehtiram əlaməti olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər bəylə gəlinə xeyr dua veriblər və toy şənliyi başlayıb.

Qeyd edək ki, Zabux kəndində​ 211 ailə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin yeni tikilən evlərdə yaşaması üçün hər cür şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti