...

"Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma" mövzusunda seminar keçiriləcək

Cəmiyyət Materials 19 Mart 2024 10:25 (UTC +04:00)
"Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma" mövzusunda seminar keçiriləcək

Bakı. Trend:

29 mart 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçiriləcək.

Seminarda “Beyin ölümü” diqanozunun klinik əhəmiyyəti, əyani vəsait üzərində beyin ölümü diaqnozunun təyini, beyin ölümündən sonra donor namizədlərin reanimasiya şöbəsində menecmenti və digər zəruri mövzular barədə ətraflı məlumat veriləcək, o cümlədən mövzu ilə əlaqəli sıx rast gəlinən müzakirəli məsələlər barədə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.

Proqrama uyğun olaraq seminar transplantoloq, anestezioloq-reanimatoloq, radioloq və ümumi cərrah ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.

Seminarın saat 13:30-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılır. Seminar 4 DTT balı ilə qiymətləndirilmişdir. Proqramı tamamlayan iştirakçılara sertifikat veriləcək.

Seminarda iştirak ödənişsizdir. Seminarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-content/uploads/2024/03/proqram-beyn-oeluemue_rgb.pdf

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/EDZHwMwthpxseaHE8

Xəbər lenti

Xəbər lenti