...

Bakıda təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 19 Mart 2024 19:34 (UTC +04:00)
Bakıda təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Trend-ə verilən xəbərə görə, məhkum İlqar Cəmşid oğlu Məmmədova tanışı Yelena Aleksandrovna Əhmədova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,701 qram metadon və 0,319 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti