...

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan qadın HƏBS EDİLİB - Məhkəmə başlayır

Cəmiyyət Materials 2 Aprel 2024 15:56 (UTC +04:00)
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan qadın HƏBS EDİLİB - Məhkəmə başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan qadın həbs edilib.

Trend xəbər verir ki, Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Onun barəsində ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti