...

Güclü külək nə vaxt zəifləyəcək?

Cəmiyyət Materials 4 Aprel 2024 09:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində davam edən küləkli hava şəraiti axşama doğru zəifləyəcək.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

"Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 35 m/s, Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtərdə 22 m/s, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır", - deyə G. Məmmədova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti