...

Qarabağda Mina Xəbərdarlığı Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2024 12:16 (UTC +04:00)
Qarabağda Mina Xəbərdarlığı Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk Qadın minaaxtaranları layihəsinin əməkdaşları, mina qurbanları və onların ailə üzvlərinin iştirakı ilə Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, tədbir təbii landşafı və ağacları Qarabağ müharibəsinin təsiri nəticəsində məhv edilmiş tarixi Sultanbud meşəsinin Tərtər rayonu Buruclu kəndi ilə Xoruzlu kənd arasındakı ərazisində keçirilib. İştirakçılar tərəfindən 3300 ədəd ağac əkilib. Baş tutan aksiya dünyada minalarla mübarizə proqramlarına, tarixi Sultanbud meşəsinin bərpasına, eləcə də Azərbaycanın 2024-il ildə ev sahibliyi edəcək COP29 tədbirinə töhfə məqsədi daşıyır.

Aksiyanı giriş sözü ilə açan Umud Rəhimoğlu bildirib ki, Azərbaycan ekologiyası və xüsusilə də meşə zolaqlarının ən çox ziyan verən mina təhlükəsidir. Hazırda ağac əkilən sahə torpaqlarımızın işğalda olduğu müddətdə ermənilərin ekoloji terroru nəticəsində tamamilə məhv edilib. Hazırda burada ağac əkmək bu sahəyə dəyən zərəri qisməndə olsa aradan qaldırmaq məqsədilə təşkil edilib.

Tədbirdə Avropa İttifaqı, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramının ANAMA və Minalar üzrə Məsləhət Qrupunun nümayəndələri, eləcə də Böyük Britaniya hökumətinin dəstəyi BAMF-ın icra etdiyi layihənin əməkdaşları da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti