...

Dr.İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin 12-ci Toksikologiya Konqresi”ndə iştirak edir

Cəmiyyət Materials 17 Aprel 2024 10:34 (UTC +04:00)
Dr.İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin 12-ci Toksikologiya Konqresi”ndə iştirak edir

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Çili Respublikasının Santyaqo şəhərində Beynəlxalq Toksikologiya İttifaqı (IUTOX) tərəfindən keçirilən “İnkişaf etməkdə olan ölkələrin 12-ci Toksikologiya Konqresi”ndə iştirak edir.

Dünyanın 36 ölkəsindən 300-dən çox iştirakçısı olan, irimiqyaslı, nüfuzlu beynəlxalq tədbirin plenar və panel sessiyalarında indiki dövr üçün aktual olan Kliniki, Hərbi, Ekoloji, Peşə və Profilaktik Toksikologiyaya aid məsələlər müzakirə edilib.

Kəskin zəhərlənmələrin epidemiologiyası, yeni növ kimyəvi maddələrlə zəhərlənmələrin diaqnostikasına və müalicəsinə müasir yanaşmalar, kəskin kimyəvi mənşəli intoksikasiyalar zamanı zədələnmələrin terapiyası, aktiv detoksikasiyanın və antidot vasitələrin tətbiqi, peşə intoksikasiyalarının profilaktikası, dərmanların allergik və başqa xoşagəlməz effektlərinə nəzarət, ekoloji, hərbi toksikologiya və bir sıra digər aktual məsələlər dünyanın aparıcı mütəxəssislərinin iştirakı ilə işıqlandırılıb və müzakirə edilib.

Dosent İsmayıl Əfəndiyev Azərbaycanda zəhərlənmələrin epidemiologiyası və ölkəmizdə intoksikasiyalara qarşı profilaktik tədbirlərə dair poster prezentasiyası təqdim edib. Təqdimat Konqres iştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanıb. Beynəlxalq Konqres öz işini aprel ayının 19-na qədər davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti