...

Altı müəssisədə gigiyena tələblərinin pozulması aşkarlanıb - AQTA sədri

Cəmiyyət Materials 18 Aprel 2024 10:21 (UTC +04:00)
Altı müəssisədə gigiyena tələblərinin pozulması aşkarlanıb - AQTA sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qiymətləndirmə nəticələrinə görə, 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb. Hazırda 24 ölkədə fəaliyyət göstərən 349 qida obyekti qiymətləndirilərək təsdiq olunub.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

AQTA sədri bildirib ki, bunlardan 246 müəssisədə video inspeksiya, 103 müəssisədə isə yerində qiymətləndirilmə keçirilib:

“10 ölkədə yerində qiymətləndirilmə həyata keçirilib Rusiya (30), Belarus (30), Türkiyə (20), İran (5), Almaniya (5), Hindistan (4), Gürcüstan (3), Ukrayna (3), Polşa (2), Latviya (1). Aparılan qiymətləndirmə nəticələrinə əsasən 6 müəssisədə gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün həmin müəssisələrin təsdiqindən Agentliyin müvafiq qərarı ilə imtina edilib”.

Qida obyektlərinin təsdiqi sistemi üzrə ekvivalentliyi tanınmış ölkələrə gəlincə, Q.Təhməzli qeyd edib ki, agentlik Kollegiyası Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının qida obyektləri üzrə təsdiq sisteminin, Türkiyənin isə müəyyən məhsul qrupları üzrə ekvivalentliyinin qismən tanınması ilə bağlı müvafiq qərar qəbul edib:

"Digər ölkələrlə də qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliyinin tanınması ilə bağlı müvafiq işlər həyata keçirilir”.

Xəbər lenti

Xəbər lenti