...

Aksiz markası olmayan 1058 qutu siqaret götürülüb

Cəmiyyət Materials 18 Aprel 2024 19:48 (UTC +04:00)
Aksiz markası olmayan 1058 qutu siqaret götürülüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Külli miqdarda siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən xəbərə görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 1058 qutu müxtəlif növ xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.

Hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti