...

Süni intellektdə artıq saniyələr içərsində bir neçə kontent yaratmaq mümkündür - Amita Qupta

Cəmiyyət Materials 15 May 2024 12:39 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellektdə artıq saniyələr içərsində bir neçə kontent yaratmaq mümkündür.

Trend xəbər verir ki, bu barədə “e&” süni intellekt, qabaqcıl analitika üzrə vitse-prezidenti Amita Qupta “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Süni intellekt dövrünə daxil olmaq” adlı paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, süni intellektin əsas yönlərindən biri çox qısa müddətdə təhlil etmə yönünün olmasıdır.

“Xərclərin azalmasına gətirib çıxaracaq. Xüsusilə müştəri məmnuniyyəti aspektindən yanaşsaq süni intellekt istifadəsi əlverişli sayıla bilər. Bununla biz müştəri şikayətlərini daha tez həll edirik və vaxta qənaət edirik.Hətta şəbəkə sahəsində uğurla istifadə edə bilər

Artıq süni intellekti maliyyə sahəsində də istifadə etməyə başlamışıq. Bu bizim gəlirlərimizin artmasına səbəb olur“,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti