Bakı. Trend:
Daxil olmuş müraciətlər əsasında mayın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində fevralın 11-də Ucar rayonunun Qazıqumlaq kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin aprelin 27-də Şəki rayonunda itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 7-də Maştağa qəsəbəsində itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 16-da Binəqədi rayonu ərazisində itkin düşmüş 1965-ci il təvəllüdlü kişi, mayın 17-də Bülbülə qəsəbəsində itkin düşmüş 1959-cu il təvəllüdlü kişi və mayın 21-də Buzovna qəsəbəsində itkin düşmüş 2002-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.