Zəngilan.Trend:
Minalar ciddi humanitar təhlükədir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Humanitar Hüquq üzrə İslam Forumunun (İslam Əməkdaşlıq Təşkilatının) prezidenti, humanitar hüquq üzrə professor Ussedik Favzi Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Minalar ciddi humanitar təhlükədir, bu gün biz Zəngilana gəldik və mən aydın şəkildə görürəm ki, rayonda işlər gedir və hələ də görüləsi işlər çoxdur, bu sahəni yeni həyat gözləyir. Bu gün bu konfrans böyük əhəmiyyət kəsb edir, çünki mina təhlükəsi ilə bağlı məlumatların yayılması, eləcə də, ona qarşı etirazlar çox vacibdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.