Bakı. Trend:
Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayonu ərazisində partlamamış 2 ədəd mərmi aşkar edilib.
Trend xəbər verir ki, təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Kəngərli rayonu Çalxanqala kənd ərazisində aşkar olunan 2 ədəd 122 mm-lik top mərmisi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlılarının istehkam qrupunun hərbi qulluqçuları tərəfindən götürülərək zəzərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.