...

“28 May” metrostansiyasının qarşısı təmirdən sonra belə olacaq (FOTO)

Cəmiyyət Materials 14 İyun 2024 14:39 (UTC +04:00)
“28 May” metrostansiyasının qarşısı təmirdən sonra belə olacaq (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt Bakıda ümumi sahəsi 3,5 hektar olan ərazidə metronun “28 May” stansiyasının və Bakı Dəmiryol Vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti