...

Pensərçay məcrasını dəyişib - Çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb

Cəmiyyət Materials 27 İyun 2024 13:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Astarada Pensərçay məcrasını dəyişib, çaykənarı evlər üçün təhlükə yaranıb.

Trend xəbər verir ki, cənub bölgəsində ötən gündən başlayan qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.

Astara rayonunun Siyəkü kəndi ərazisində Pensərçay 40 metrə qədər məcrasını dəyişib. Dünən gecə Pensərçayda suyun səviyyəsi 5 metrə kimi qalxıb və su həyətlərə dolub, çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.

Sel suları vətəndaşların həyətində sitrus və meyvə ağaclarını da yuyub aparıb.

Xəbər lenti

Xəbər lenti