...

Azərbaycanlı futbolçu “Manisa”nı tərk edib

İdman Materials 28 İyun 2024 19:54 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanlı futbolçu Sertan Taşkın Türkiyənin “Manisa” klubunu tərk edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam verib.

Sertan 1-ci Liqa təmsilçisinə bu ilin yanvarında qoşulmuşdu. O, meydana çıxdığı 15 oyunda 2 dəfə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, Taşkın ölkəmizdə “İnter”, “Keşlə”, “Sumqayıt”, “Zirə” və “Turan Tovuz” klublarında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti