...

Bahar Muradova Mərakeşdə Abdelilah Benarafa ilə görüşüb (FOTO)

Siyasət Materials 28 İyun 2024 19:15 (UTC +04:00)
Bahar Muradova  Mərakeşdə Abdelilah Benarafa  ilə görüşüb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda I Beynəlxalq Konfrans çərçivəsində Mərakeş Krallığında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən baş qərargahında qurumun baş direktorunun müavini Abdelilah Benarafa ilə görüşüb.

Trend xəbər verir ki, Dövlət Komitəsinin sədrini və onu müşaiyət edən şəxsləri qərargahda salamlamaqdan məmnun olduğunu bildirən baş direktorun müavini Azərbaycanın bu təşkilata üzvlüyü çərçivəsində fəaliyyəti və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək ailə məsələləri və sosial siyasət sahəsində də əməkdaşlığın inkişafında və birgə tədbilərin keçirilməsində maraqlı olduqlarını vurğuladı.

Baş direktorun müavini nümayəndə heyətinə Beynəlxalq Konfransda aktiv iştiraka görə də öz təşəkkürünü bildirərək,Azərbaycanın İCESCO-nun ən etibarlı tərəfdaşı olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Bahar Muradova İslam Dünyasının birliyi və üzv ölkələrin ahəngdar inkişafına töhfələri ilə seçilən bu təşkilatın baş qərargahında olmaq və Dövlət Komitəsi ilə İCESCO arasında əməkdaşlıq haqqında müzakirə aparmaq imkanının yaradılmasından məmnunluğunu ifadə edib.

Görüş zamanı Beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın inkişafının təşviqi, əsasən sosial və humanitar sahələrin inkişafı, qadın və gənclərin bacarıqlarının artırılmasına dair fikir mübadiləsi aparılıb.

Həmçinin Şuşa şəhərinin 2024 cü ildə İslam dünyasının Mədəniyyət paytaxtı elan edilməsinin bu istiqamətdə fəaliyyətə böyük təkan verdiyi də xüsusi vurğulanıb.

Tərəflər İCESCO və Azərbaycan arasında xüsusi münasibətlərin inkişaf etdirilməsi istiqamətlərini də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti