...

Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 28 İyun 2024 17:17 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 98 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 şirkət azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 59,9 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 109,4 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (82) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 53,2 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 43 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti