Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, sanksiyalar siyahısına iki fiziki şəxs və dörd təşkilat əlavə olunub.
Qeyd edək ki, Rusiyanın dəmir yolu daşınmaları üzrə ən böyük operatoru "Transkonteyner" və şirkətin direktoru da sanksiyalar siyahısına daxil edilib.
Xatırladaq ki, iyunun 24-də Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib. Rusiya Federasiyasının 116 fiziki və hüquqi şəxsi məhdudiyyətlərə məruz qalıb.