Bakı. Trend:
2024-cü ildə Ermənistanın dövlət büdcəsində 100 milyard dram, təqribən 260 milyon dollar kəsir yaranacaq.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Vahe Ovannisyan bildirib.
Onun sözlərinə görə, az rentabelli sahələr üzrə vergi yığımlarında ciddi problemlər yaranıb.
“Bu sektorlardan biri qızıl idxalı sahəsidir. Burada son dövrlər Rusiya qızılının tranziti səbəbindən ciddi artım qeydə alınıb”, - Ovannisyan əlavə edib.