...

Zakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşüb (FOTO)

Siyasət Materials 28 İyun 2024 18:50 (UTC +04:00)
Zakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşüb (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Budapeşt şəhərində yerləşən "Qəhrəmanlar meydanı" ziyarət edilib və ənənəyə uyğun olaraq əklil qoyulub.

Macarıstan Müdafiə Nazirliyinin binasında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra fəxri qonaq kitabı imzalanıb.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədilə bu cür səfərlərin əhəmiyyəti vurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti