...

İbtidai sinif müəllimlərinin 20 faizi imtahanlarda yüksək nəticə göstərib - Nazir

Cəmiyyət Materials 27 İyun 2024 14:59 (UTC +04:00)
İbtidai sinif müəllimlərinin 20 faizi imtahanlarda yüksək nəticə göstərib - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif müəllimlərinin 20 faizi, yəni 6238 nəfər 51 bal və daha yüksək nəticə göstərib.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, həmin müəllimlərin vəzifə maaşına 35 faiz əlavə tətbiq olunur.

"Prosesdə, ümumilikdə 31 852 ibtidai sinif müəllimi iştirak edib. Onların 86 faizi, yəni 21 141 nəfəri isə qənaətbəxş nəticə göstərib, yəni tələb olunan minimum 30 balı toplayıb. Həmin müəllimlərin əməkhaqqına 10 faiz məbləğində əlavə tətbiq edilir. Hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir. 443 müəllim isə hələ prosesdə iştirak etməyib".

O qeyd edib ki, daha çox 35-39, 40-49 yaş aralığındakı müəllimlər keçid balı toplaya bilməyiblər.

Qeyd edək ki, iyunun 24-də xarici dil (alman dili, fransız dili, rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma prosesinin test mərhələsində iştirak ediblər. Daha əvvəl riyaziyyat və ingilis dili müəllimləri ilk dəfə sertifikasiyaya cəlb olunublar.

Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunub.

Xəbər lenti

Xəbər lenti