...

Təxminən 35% müəllim növbəti tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq

Cəmiyyət Materials 27 İyun 2024 15:26 (UTC +04:00)
Təxminən 35% müəllim növbəti tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.

Trend xəbər verir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Həmçinin nazir bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti