...

"Sahil" metrostansiyasının qarşısı təmirdən sonra: Səkilər genişləndirilib (FOTO)

Cəmiyyət Materials 27 İyun 2024 18:07 (UTC +04:00)
"Sahil" metrostansiyasının qarşısı təmirdən sonra: Səkilər genişləndirilib (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

"Sahil" metrostansiyasının önündəki səkilər genişləndirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, paytaxtın Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axını, eləcə də intensivliyi təhlil edilib.

Nəticələrə əsasən böyük piyada axını müşahidə edilən Sahil metrosunun qarşısında vətəndaşların rahatlığı təmin edilib. Həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi və bu istiqamətdə görülən işlər başa çatıb.

Qeyd edək ki, bir müddət bundan öncə AYNA "Sahil" metrostansiyasının önündəki səkilərin sökülməsi barədə məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti