Bakı. Trend:
Ölkənin aparıcı ali təhsil müəssisələrində rəqabət qanunvericiliyi ilə bağlı fənnin tədris edilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda deyib.
Dövlət Xidmətinin rəisi qeyd edib ki, bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və bir sıra digər ali təhsil müəssisələri ilə fəal dialoq aparılır.