Ağdam. Trend:
Laçın rayonunda iki il əvvəl itkin düşərək həlak olan hərbçi Fərid Məmmədovla Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.
Trend-in yerli müxbiri xəbər verir ki, hərbçinin nəşi Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində F.Məmmədovun doğmaları, rəsmi şəxslər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
xxx
12:12
2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu ilə Ağdamda vida mərasimi keçirilir.
Trend-in yerli müxbiri xəbər verir ki, vida mərasimi Ağdam Dövlət Dram Teatrının qarşısında baş tutub.
Mərasimdə Fərid Məmmədovun doğmaları, şəhid ailələri, rayon ictimaiyyəti, qazi və hərbçilər iştirak edirlər.
Vida mərasimindən sonra Fərid Məmmədovun meyitinin qalıqları rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.
Xatırladaq ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən həlak olublar. Onların meyit qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.