Bakı. Trend:
Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari il iyun-iyul aylarında paytaxt sakini olan bir nəfərin aldadılaraq 98930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
"Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri
tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər
dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova
müəyyən olunaraq saxlanılıb.
Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət
Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da
müəyyən edilib"- məlumatda qeyd edilib.
Hazırda araşdırmalar davam etdirilir.