Bakı. Trend:
Bakının Nizami rayonunda mənzildən meyit tapılıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində 1 nəfərin meyiti mənzildə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.