...

Şərqi Zəngəzurda müstəqillik dövründə ilk dəmir yolu qalereyası inşa olunur

Cəmiyyət Materials 22 Avqust 2024 19:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Zəngilan.Trend:

Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km-də inşa edilən qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilmişdir.

Trend-in Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə Şərqi Zəngəzurda yenidən qurulan, Horadiz - Ağbənd dəmir yoluna media turu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova bildirib.

O bildirib ki, qalereyanın uzunluğu 144 m-dir.

"Tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektirikləşdirilməsi üçün də imkan verir. Qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur. Sözügeden qalereya Azərbaycan Respublikasının müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır", - Nəzərova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti