Bakı. Trend:
Bakı Şəhər və Qaradağ rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda Bakı-Ələt magistral yolunun kənarındakı boş ərazidə növbəti ağacəkmə aksiyası keçirilib.
Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində 18-27 oktyabr tarixlərində “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında paytaxt Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri də yaxından iştirak edirlər.
Keçirilən aksiyada icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar Şamı və oleandr kolları əkilib. Yeni əkilən kollara və bu ərazıdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.