...

“Arzuolunmaz şəxs” olduğuna görə Azərbaycana buraxılmayan şəxslərin sayı açıqlandı

Cəmiyyət Materials 1 Noyabr 2024 13:10 (UTC +04:00)
“Arzuolunmaz şəxs” olduğuna görə Azərbaycana buraxılmayan şəxslərin sayı açıqlandı
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

“Sərhəd Nəzarətinin Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən etibarən axtarışda olan 26 min 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilib, ümumilikdə 86 min 123 əməliyyat tapşırığı yerinə yetirilib”.

Trend xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib.

O qeyd edib ki, dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58 min 503 nəfər barəsində müvafiq qərarlar qəbul edilib.

“Eyni zamanda, müxtəlif səbəblərdən “arzuolunmaz şəxs” qismində 2 min 106 əcnəbi ölkə ərazisinə buraxılmayıb.

Qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 3 min 599 halda aşkar edilərək götürülmüş qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil edib, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kiloqram 400 qram narkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb”, - deyə E.Verdiyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti