...

UNEC proqramları FIBAA akkreditasiyasından keçdi (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2024 11:27 (UTC +04:00)
UNEC proqramları FIBAA akkreditasiyasından keçdi (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması - İqtisadiyyat (İqtisadi nəzəriyyə, İqtisadi siyasət, Qiymətqoyma, Ekonometrika, Turizmin iqtisadiyyatı), Maliyyə (Bankçılıq, Vergitutma, Maliyyə nəzarəti, Maliyyə bazarları), Biznesin idarə edilməsi (Biznesin təşkili və idarəedilməsi) - FIBAA-nın (Almaniya) beynəlxalq akkreditasiyasını qazanıb.

Xüsusilə sevindiricidir ki, FIBAA Akkreditasiya Sertifikasiya Şurasının Qərarı ilə akkreditasiya şərtsiz və 5 il müddətinə verilib.

FIBAA (Foundation for International Business Administration Accreditation) ali təhsilin akkreditasiyası və keyfiyyət ekspertizası üzrə beynəlxalq agentlikdir və Almaniyada yerləşir. FIBAA Almaniya, Avstriya, Hollandiya, Çin, Hindistan, Rusiya, ABŞ, İsveçrə, Rumıniya, Sloveniya və digər ölkələrdə1900-dən çox təhsil proqramlarını akkreditasiya edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti