Bakı. Trend:
Nəsimi rayonu ərazisində iki nəfərin 2882 manatının dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən X.Əhmədova və Ş.Xəlilov müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.