...

Meymunçiçəyi xəstəliyi ümumiyyətlə yüngül gedişatlı xəstəlikdir - Zakir Quliyev

Cəmiyyət Materials 22 Yanvar 2025 15:16 (UTC +04:00)
Meymunçiçəyi xəstəliyi ümumiyyətlə yüngül gedişatlı xəstəlikdir - Zakir Quliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Meymunçiçəyi xəstəliyi ümumiyyətlə yüngül gedişatlı xəstəlikdir.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, xəstəliyin Qərbi Afrika ştamı ümumiyyətlə daha yüngül simptomlarla özünü göstərir:

“İmmun sisteminin vəziyyətindən və xəstənin yaşından asılı olaraq bəzi hallarda ağırlaşmalar ola bilər. Xəstəliyin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin böyüməsi və dəri səpgiləri daxildir. Bundan əlavə, virus tənəffüs yollarını yoluxdurarsa, pnevmoniya tənəffüs problemlərinə səbəb ola bilər. Xəstəliyin erkən diaqnozu və müvafiq tibbi yardım bu riski xeyli azaldır”.

Z.Quliyev qeyd edib ki, immun sistemi zəif olan xəstələrdə, yanaşı xəstəliyi olan yaşlı insanlarda antiviral terapiya və dəstəkləyici müalicənin sürətlə başlaması vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti