...

Ötən il Ədliyyə Nazirliyinin təklif verdiyi bələdiyyə aktlarının 53,1 faizi ləğv edilib

Cəmiyyət Materials 10 Fevral 2025 10:57 (UTC +04:00)
Ötən il Ədliyyə Nazirliyinin təklif verdiyi bələdiyyə aktlarının 53,1 faizi ləğv edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olan 102 831 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2 557) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 99 838 (97%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.

Məruzəyə əsasən, normativ hüquqi aktların tələblərinə zidd olan 2 594 (2,5%) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən, aidiyyəti bələdiyyələrə təkliflər verilib, 399 (0,5%) akt isə baxılmaqdadır. Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 1 342 (51,7%) akt ləğv edilib, 1 133 (43,7%) akt dəyişdirilib, 110 (4,2%) təklif isə baxılmaqdadır. Bələdiyyələr tərəfindən təmin olunmayan 9 (0,4%) təklif üzrə aidiyyəti məhkəmələrdə iddia qaldırılıb.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan 4 337 müraciətdən 3 963-nə (91,4%) baxılıb, 129-u (3%) aidiyyəti üzrə göndərilib, 245 (5,6%) müraciət isə baxılmaqdadır. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilən dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilən təkliflər əsasında qanunvericiliyin tələblərinə zidd 74 bələdiyyə aktının hamısı ləğv edilib.

Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilən 2 668 aktdan 1 416-sı (53,1%) ləğv edilib, 1 133-ü (42,5%) dəyişdirilib, 9 (0,3%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 110 (4,1%) təklif isə baxılmaqdadır.

İl ərzində bələdiyyə fəaliyyəti ilə bağlı baxılan müraciətlərin 463-ü təmin edilib, şəhid ailə üzvlərinin, müharibə əlili və iştirakçılarının müraciətləri xüsusilə nəzarətdə saxlanılıb və belə müraciətlərdən 108-i təmin olunub. Müraciətlərin həlli istiqamətində göstərilən diqqətə və qayğıya görə 20 vətəndaşın (o cümlədən 9 şəhid ailə üzvü, müharibə əlili və iştirakçısı) təşəkkür ifadə edən məktubları daxil olub.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti