Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında martın 1-də bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Axşam tədricən kəsiləcək, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə -3 dərəcədən -5 dərəcəyədək, gündüz 0 dərəcədən -3 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0 dərəcədən -5 dərəcəyədək, gündüz +1 dərəcədən +5 dərəcəyədək, dağlarda gecə -10 dərəcədən -15 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -16 dərəcədən -21 dərəcəyədək, gündüz -2 dərəcədən -7 dərəcəyədək olacaq.
Ölkə ərazisində bəzi yollar buz bağlayacaq