Ağdərə. Trend:
Öz yurduma qayıtdığıma görə çox sevinirəm və bunu dilə gətirməmək mümkünsüzdür. Qəlbimdə sonsuz sevinc hissi var.
Trend xəbər verir ki, bunu Ağdərə rayon sakini Pakizə Sadıqova köç zamanı öz hisslərini bölüşərkən bildirib.
“Ən gözəl hissləri keçirirəm. Çünki doğma torpağımıza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin can sağlığı versin.
Mən Ağdərədən çıxanda 35 yaşım var idi, indi isə 64 yaşım var”, - P.Sadıqova deyib.