...

Qazaxda minatəmizləmə əməliyyatlarına cəlb edilmiş işçi heyəti artırılacaq

Cəmiyyət Materials 4 Mart 2025 06:30 (UTC +04:00)
Qazaxda minatəmizləmə əməliyyatlarına cəlb edilmiş işçi heyəti artırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qazax rayonu ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilmiş işçi heyətin artırılması planlaşdırılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən bildirilib.

Xatırladaq ki, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir. Bu günə qədər icra edilən əməliyyatlar zamanı 59.9 ha ərazi təmizlənib, 857 ədəd piyada əleyhinə mina, 95 ədəd tank əleyhinə mina və 38 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, ötən ilin delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti