...

Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub - Dövlət Xidməti

Cəmiyyət Materials 5 Mart 2025 13:27 (UTC +04:00)
Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub - Dövlət Xidməti
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin fevral ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 120 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Trend XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artıb.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çoxdur. Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 95,895 milyon zərərli keçid, Mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 99 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 26 917 zərərverici tərkibli elektron sənəd blok edilib”, - deyə hesabatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti