...

Hərbi-nəqliyyat vasitələrinin Silahlı Qüvvələrə təqdim olunmamasına görə cərimələr artırılır

Cəmiyyət Materials 7 Mart 2025 12:50 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar müvafiq icra hakimiyyəti tərəfindən orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək məbləğdə cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 350 manatdan 550 manatadək məbləğdə cərimə edilir.

Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Silahlı Qüvvələrə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1 200 manatadək məbləğdə cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti